Umanda ölənlərin sayı artıb - Ukrayna daxili işlər naziri

Umanda ölənlərin sayı artıb -  Ukrayna daxili işlər naziri backend

Aprelin 28-də Çerkassı vilayətinin Uman şəhərinə raket hücumu nəticəsində artıq 15 nəfər ölüb, daha 18 nəfər yaralanıb.

Bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko 

 

11.18

Ukraynanın Uman şəhərində Rusiya hərbçilərinin evə raket hücumu nəticəsində  7 nəfər ölüb. Onlardan 6-sı dağıntılar altından çıxarılıb, 1-i xəstəxanada ölüb.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko telemarafonun efirində verdiyi açıqlamada deyib.

"Hazırda biri uşaq olmaqla 7 nəfərin öldüyü məlumdur. Dağıntılar altından 17 nəfər xilas edilib, onlardan 9-u xəstəxanadadır, birinin vəziyyəti ağırdır", - Klimenko bildirib.

Onun sözlərinə görə, Rusiya raketi ilə dağıdılan binada əvvəllər 109 nəfər yaşayıb (qeydiyyatda olub). 46 mənzildən 27-si tamamilə dağılıb.

"Xilasedicilər əllərindən gələn hər şeyi edirlər. İş davam edir, yanğın yenicə söndürülüb", - Klımenko bildirib.

O, dağıntıların təmizlənməsinin bir gün çəkə biləcəyini deyib.

Xatırladaq ki, bu gün kütləvi hücum zamanı ruslar Çerkassı vilayətinin Uman şəhərində 9 mərtəbəli yaşayış binasını raketlə vurublar.

QAZİLER.AZ

Diaspora