Türkiyənin turizm paytaxtı olan Antalyada aprel ayının sonunda qar yağıb.
Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, artıq turizm sezonun başladığı Antalyanın yüksək bölgələrinə qar yağmağa başlayıb.
Belə ki, şəhərin Akseki rayonunda gecə saatlarından bəri yağan güclü yağışdan sonra Antalyanı Konya ilə birləşdirən Alacabel yolu ağ örpəyə bürünüb. Yolda qarın hündürlüyü 10-15 sm olduğu, lakin avtomobillərin hərəkətində heç bir maneə yaratmadığı qeyd edilib.
QAZİLER.AZ