Ruslar yenidən Krım tatarlarına qarşı qanunsuz axtarışlar aparırlar - Ombudsman

Ruslar yenidən Krım tatarlarına qarşı qanunsuz axtarışlar aparırlar -  Ombudsman backend

Aprelin 27-də Rusiya hərbçiləri Krım tatar fəallarının evlərinə qanunsuz soxularaq axtarış aparıblar.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinetsin Telegram kanalına istinadən xəbər verir.

"Maska geyinmiş Rusiya təhlükəsizlik qüvvələri bu gün səhər saatlarında Sudakdakı Krım tatar fəallarının - Bari Bariyev və Edem İsmayılovun mənzillərinə silahla soxulublar", - Lubinets deyib.

Ombudsmanın sözlərinə görə, onlar axtarışların səbəblərini açıqlamayıblar. Bununla belə, fəalların kompüter və telefonları müsadirə edilib, axtarış protokolları isə qoymayıblar.

QAZİLER.AZ

Diaspora