Türkiyənin yeni qanadlı raketi "Kemankeş" təqdim edildi - FOTO

Türkiyənin yeni qanadlı raketi "Kemankeş" təqdim edildi - FOTO backend

Türkiyənin Baykar avia şirkəti tərəfindən hazırlanan yerli və milli qürurverici mini ağıllı qanadlı raket "Bayraktar Kemankeş" ilk dəfə Teknofestdə təqdim edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Baykar" şirkəti  Teknofest festival çərçivəsində ilk dəfə mini ağıllı qanadlı raket "Bayraktar Kemankeş"i sərgiləyib.

Baykar Platforması Mühəndislik Qrupunun Rəhbəri Burak Özbek "Bayraktar Kemankeş"in "Bayraktar TB2"-nin strateji hədəflərə qarşı hücum qabiliyyətini artırmaq üçün hazırlandığını söylədi.

Özbək raketin Bayraktar TB2, eləcə də inkişaf etdirdikləri bütün digər pilotsuz uçuş aparatları ilə inteqrasiya oluna biləcəyini bildirdi.

Raketin adını ən çətin şəraitdə hədəflərini vuran oxatanlardan aldığını bildirən Özbek, "Mini qanadlı raketimizlə də eyni zərbəni əldə edəcəyimiz üçün adını "Kemankeş" qoyduq", - deyib.

QAZİLER.AZ

Diaspora