Ukraynalı La Repubblica-nın fiksatoru idi.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, İtaliyanın La Repubblica qəzetinin müxbiri Korrado Zuninoya Ukraynadakı müharibəni işıqlandırmaqda kömək edən ukraynalı reportyor Boqdan Bitik Xerson ətrafında snayper atəşindən ölüb.
Zunino özü çiynindən yaralanıb, indi o, Kiyevdə təhlükəsiz yerdədir.
Nəşr açıqlamasında qeyd edib ki, hər iki jurnalist təcrübəli müxbir olub və üzərlərində “Press” yazılmış gödəkçə və jilet olub.
QAZİLER.AZ