Rusiya hərbçiləri Ukraynanın Baxmut şəhəri və ətrafını davamlı atəşə tutmaqda davam edir. Düşmən gecə-gündüz artilleriya və aviasiyadan Müdafiə Qüvvələrinin mövqelərini atəşə tutur.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 127-ci briqadasının komandiri Roman Qrişenko danışıb.
Davamlı atəşə baxmayaraq, Baxmutun müdafiəçiləri şəhəri qorumağa davam edirlər.
"Mən Ukrayna vətəndaşlarına və bütün dünyaya qəhrəmanlarımızı dəstəklədiklərinə görə təşəkkür etmək istəyirəm. Bu, Baxmutu müdafiə edən əsgərlərin döyüş ruhunun yüksəldilməsinə əvəzsiz töhfədir", - Qrişenko deyib.