Aprelin 26-da Çexiya Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirilə qarşı sanksiyalar tətbiq edib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Çexiya hökumətinin qərarına istinadən xəbər verir.
Çexiya milli sanksiya siyahısına birinci şəxsi - Patriarx Kirill əlavə edib. O, Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləməkdə ittiham olunur.
Bildirilib ki, onun Çexiyaya girişi, çex strukturları vasitəsilə hər hansı maliyyə əməliyyatları aparılması qadağan edilib və ölkədəki bütün aktivləri dondurulmalıdır.
QAZİLER.AZ