Alman nəşri “Der Spiegel” 43 yaşlı Bayraktarın “Ərdoğanın yolunu gedərək siyasətin zirvəsinə çata biləcəyi” bildirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Bayraktarın Türkiyə siyasətinə təsirinin artacağına diqqət çəkilib.
Baykar istehsal etdiyi silahlı pilotsuz uçuş aparatları (SİHA) ilə Liviyadan Dağlıq Qarabağa qədər geniş bir coğrafiyada adından söz etdirməyi bacardı.
Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar dünya mətbuatında manşetlərə səbəb olan Bayraktar TB2-nin aparıcı memarlarından biridir.
Bayraktar bir qədər öncə: "Onun siyasətə atıla biləcəyi" iddialarına: "Belə bir planım yoxdur"deyə cavab vermişdi.
Alman jurnalı "Der Spiegel" iddianı yenidən gündəmə gətirərək, "Dron istehsalçısı Bayraktar Ərdoğanın mümkün varisi olaraq görülür". o yazıb.
Sözügedən xəbərdə Baykarın istehsal etdiyi müdafiə texnologiyalarının təsirindən də bəhs edilib:
"Bayraktarın uğuru onu Türkiyədə o qədər məşhur edib ki, heç bir hökumət onu və şirkətini görməzlikdən gələ bilməz. Onun Türkiyə siyasətinə təsiri artacaq", - deyə yazıb.
QAZİLER.AZ