Daha 30 il dəmir barmaqlıqlar arxasında: Navalnıya qarşı yeni cinayət işi açılıb

Daha 30 il dəmir barmaqlıqlar arxasında: Navalnıya qarşı yeni cinayət işi açılıb backend

Rusiya Federasiyasında müxalif siyasətçi Aleksey Navalnıya qarşı yeni cinayət işi açılıb. O, terrorizmdə ittiham olunur.

Qaziler.az bildirir ki, bu barədə Navalnının komandasının “Twitter” səhifəsində və “Azadlıq” radiosunda məlumat verilib.

"Onlar mənə qarşı absurd ittihamlar irəli sürdülər. Buna görə məni 30 il həbs çəzası gözləyir. Müstəntiq Vidyukov dünən bildirib ki, mənə qarşı ayrıca terror işi açılıb. Mən həbsdə olarkən terror aktları törədirəm. Və buna görə məni hərbi "məhkəmə" ilə ayrıca mühakimə edəcəklər", - deyə Navalnı məhkəmə iclasında bildirib.

Rusiyalı müxalifətçi onu 30 il həbs cəzası gözlədiyini qeyd etsə də, bunun ömürlük həbs olduğunu ehtimal edir.

QAZİLER.AZ

Diaspora