İranda nüfuzlu ayətullah Abbas Əli Süleymani qətlə yetirilib.
Hadisə İranın Mazandaran ostanının Babülsər şəhərində yerləşən banklardan birində baş verib.
Silahlı şəxs Abbas Əli Süleymaniyə yaxınlaşaraq ona tapançadan atəş açıb.
Abbas Əli Süleymani hadisə yerindəcə keçinib.
Bankın mühafizə xidmətinin əməkdaşları qətli törədən şəxsi saxlaya biliblər.
Məlumat üçün əlavə edək ki, Abbas Əli Süleymani Dini Ekspertlər Şurasının üzvü olub.(oxu.az)