Rusiya Prezidenti Vladimir Putin Rusiyanın xaricdəki aktivlərinə həbs qoyulması halında cavab tədbirləri haqqında fərman imzalayıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Belə ki, xaricdə Rusiya əmlakına həbs qoyulması və ya hüquqlarının məhdudlaşdırılması halında, qeyri-dost ölkələrin aktivləri üçün xarici idarəetmə tətbiq ediləcək.
Qeyri-dost ölkələrin aktivlərinin müvəqqəti idarə edilməsinə Rusiya Prezidentinin qərarı ilə xitam verilə bilər.
Müvəqqəti idarəetməyə verilməli olan aktivlərin siyahısına "Unipro" və "PJSC Fortum"dakı xarici səhmdarların səhmləri daxildir.