Çeçenistanda döyüşən "vaqner"çi, çoxuşaqlı deputat Ukraynada öldürüldü

Çeçenistanda döyüşən "vaqner"çi, çoxuşaqlı deputat Ukraynada öldürüldü backend

Rusiya Federasiyasının Xakasiya Respublikasının rəhbəri Konovalov deputatın Ukraynada gedən müharibədə öldüyünü bildirib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Xakasiya Ali Sovetinin deputatı və Kommunist Partiyasının üzvü Dmitri İvanov Ukraynada döyüşlərin birində öldürülüb. Bu barədə respublika rəhbəri Valentin Konovalov “VKontakte” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, 46 yaşlı deputat fevral ayında “Vaqner” özəl hərbi şirkətinə  daxil olub və Ukraynada hərbi əməliyyat  zamanı öldürülüb.

Deputatın beş uşağı var.

QAZİLER.AZ

 

Diaspora