Xəbər verdiyimiz kimi, Türkiyənin TUSAŞ şirkəti tərəfindən milli və yerli imkanlar hesabına hazırlanan reaktiv mühərrikli “Hürjet” təlim təyyarəsi ilk uçuşunu uğurla həyata keçirib.
Qaziler.az bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana istinadən “Twitter” səhifəsində yazıb.
“İlk yerli istehsal, pilotlu, səsdən sürətli reaktiv təyyarəmiz olan “Hurjet” ilk uçuşunu uğurla başa vurdu”, – Ərdoğan yazıb.
Prezident anqardan çıxaraq uçan təyyarənin görüntülərini də paylaşıb.
"Hürjet" tamamilə Türkiyədə hazırlanmış ilk reaktiv təlimçi və yüngül döyüş təyyarəsidir. O, köhnə T-38 və F-5-i əvəz etməlidir.
"Hürjet"in bütün sınaq və təkmilləşdirmə işlərindən sonra 2025-ci ilə qədər Türkiyə Hərbi Hava Qüvvələrində xidmətə girəcəyi gözlənilir.
İlk mərhələdə 16 təyyarə istehsal ediləcək.
QAZİLER,AZ