Sərhəd xəttindəki fəaliyyət zamanı “təslim olun” çağırışına atəşlə cavab verən 2 PKK terrorçusu öldürülüb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, separatçı terror təşkilatı üzvlərini günü-gündən məhv edən Türkiyə Silahlı Qüvvələri hər gün uğurlu bir xəbərlə gündəmə gəlir.
Milli Müdafiə Nazirliyi bu dəfə Vandan şad xəbər verib.
Sərhəd xəttində hərəkətlilik barədə açıqlama verən MMN aşağıdakı ifadələrdən istifadə edib:
Türkiyəyə daxil olmağa cəhd edən terrorçular üçün heç bir keçid yoxdur!
Çaldıran/Van sərhəd xəttində “Təslim ol!” çağırışlarına atəşlə cavab verən 2 PKK terrorçusu zərərsizləşdirilib.
Terrorçuların yeganə qurtuluşu türk ədalətinə təslim olmaqdır.
QAZİLER.AZ