Türkiyə öz vətəndaşlarını Sudandan təxliyə edir

Türkiyə öz vətəndaşlarını Sudandan təxliyə edir backend

Türkiyənin Xartumdakı səfirliyi Sudanda baş verən qarşıdurmalara görə vətənə qayıtmaq istəyən Türkiyə vətəndaşlarının aprelin 23-də təxliyyə ediləcəyini açıqlayıb.

QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin yaydığı açıqlamada bildirilir.

"Sudanda davam edən qarşıdurmalar fonunda aparılan təhlükəsizlik qiymətləndirmələri nəticəsində vətəndaşlarımızın sabah (23 aprel, bazar günü) quru yolu ilə üçüncü ölkə üzərindən təxliyyə edilməsinə qərar verilib.

Vətəndaşlarımızın Sudandan təhlükəsiz təxliyəsinin təmin edilməsi məsələsi prezidentimiz və xarici işlər nazirimiz tərəfindən sudanlı həmkarları ilə danışıqlarda və bəzi üçüncü dövlətlərlə görüşlərdə gündəmə gətirilib. Xartumdakı səfirliyimiz və Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq lazımi hazırlıq işləri görülüb", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, bu məsələdə yardım istəyən üçüncü ölkə vətəndaşları da təxliyə planına daxil edilir.

 

 

Diaspora