Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginə cavab verib.
APA xəbər verir ki, Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib ki, əgər kilsənin hökumətlə münasibətləri pisdirsə, deməli, onun Allahla münasibətləri pisdir.
"Çox tez-tez hökumətin kilsə ilə münasibətlərini pis və ya problemli kimi təqdim etmək istəyirlər. Səs-küylü bir açıqlama verəcəyəm: əgər kilsənin hökumətlə münasibətləri pisdirsə, deməli, kilsənin Allahla münasibətləri pisdir. Bu, xristian baxışına görə belədir", - Ermənistanın Baş naziri vurğulayıb.
Paşinyan qeyd edib ki, kilsə öz mahiyyəti barədə düşünməlidir.
Qeyd edək ki, II Qaregin ötən gün bildirib ki, Ermənistanda kilsə ilə hakimiyyət arasında əməkdaşlıq lazımi səviyyədə deyil.