Türkiyənin Adana şəhərinin Çukurova rayonunda AK Parti binasına silahlı basqın edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, silahla binaya atəş açan şəxs təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Çukurova Polis İdarəsinə aparılıb.
Zəlzələ səbəbiylə ehtiyat tədbiri olaraq boşaldılan Çukurova Rayon Rəhbərliyinin binası ov tüfəngindən atəşə tutulub.
Atəş açan şübhəli şəxs polis tərəfindən yaxalanıb.
QAZİLER,AZ