Yol verməmək üstündə dava: Qadın sürücü döyüldü - VİDEO

Yol verməmək üstündə dava: Qadın sürücü döyüldü - VİDEO backend

Türkiyənin Ərzincan bölgəsində yolda mübahisə etdiyi qadını söyərək ona yumruq atan avtomobil sürücüsü vətəndaşlar tərəfindən linç edilmək üzrə olarkən polis qurtarıb.

Qaziler.az bildirir ki, birini qadın, digərini kişi sürücü idarə edən iki avtomobilin tıxacda olarkən kəsişmədə bir-birinə yol verməməsi ilə bağlı mübahisə yaranıb.

Söyüş söyərək avtomobilindən enən kişi sürücü digər avtomobilin sürücüsü Beyza U.-nun üzünə yumruqla vurub.  Huşunu itirən qadın yerə yıxılaraq xəsarət alıb.

Hadisəni görən ətrafdakı vətəndaşlar seyrçi qala bilməyib və sürücüyə hücum edərək onu döyüblər.

Dərhal hadisə yerinə sövq edilən yol polisi və təhlükəsizlik orqanı əməkdaşları avtomobilini qoyub qaçmağa çalışan sürücünü linç edilməkdən xilas edib.

Saxlanılan sürücü polis bölməsinə aparılıb.

Hücum nəticəsində yaralanan qadın sürücü Beyza U. təcili yardımla Mengücek Qazi Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

QAZİLER.AZ

Diaspora