Türkiyə Prezidenti Ərdoğan Ramazan bayramı ərəfəsində Üsküdardakı Karacaahmet qəbiristanlığında dəfn olunan valideynlərinin məzarları başında dua edib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın anası Tenzilə Ərdoğan 2011-ci il oktyabrın 7-də vəfat edib.
Atası Əhməd Ərdoğan 1988-ci ildə dünyasını dəyişib.
Anası Tenzile Ərdoğan və atası Əhməd Ərdoğanın məzarlarını ziyarət edən Ərdoğan daha sonra Dolmabahçe İş Ofisinə keçib.
QAZİLER.AZ



