Sovet dövründə sürgün olunan və edam edilən özbək ziyalılarına bəraət verildi

Sovet dövründə sürgün olunan və edam edilən özbək ziyalılarına bəraət verildi backend

Özbəkistanda 1930-1931-ci illərdə keçmiş Sovet İttifaqında rejim əleyhinə olduqları üçün həbs edilən, sürgün edilən və edam olunan 208 özbək ziyalısına məhkəmə qərarı ilə bəraət verilib.

Qaziler.az bildirir ki, Özbəkistan Ali Məhkəməsindən verilən açıqlamada 1930-1931-ci illərdə təzyiqlərə məruz qalan, həbs düşərgələrinə göndərilən, həbs edilən, sürgün edilən və məhkəmə qərarı olmadan edam edilən 208 ziyalıya bəraət verilməsi ilə bağlı işin başa çatdığı qeyd edilib.

Açıqlamada bu ziyalıların keçmiş sovet administrasiyası tərəfindən rejimə qarşı çıxmaqda, silahlı dəstə yaratmaqda, silahlı üsyanda, reydlər keçirməkdə və rejimə qarşı xarici dövlətlərlə əməkdaşlıqda ittiham edildiyi bildirilib və Özbəkistan Ali Məhkəməsi onlara bəraət vermək qərarına gəlib.

Özbəkistanda 1920-1950-ci illərdə keçmiş Sovet İttifaqı rejimi tərəfindən müxtəlif cəzalara məhkum edilmiş şəxslərin bəraət alması üçün işlərin aparılması üçün hökumətin qərarı ilə komissiya yaradılıb.

Özbəkistan Ali Məhkəməsi tərəfindən 2021-ci ilin avqustunda keçirilən məhkəmədə 1920-1931-ci illərdə sovet rejimi əleyhinə olduqları üçün həbs edilən, sürgün edilən və edam edilən 115, 2022-ci ilin yanvarında 120 Özbəkistan ziyalısı və 2022-ci ilin dekabrında 173 Özbək ziyalısına məhkəmə qərarı ilə bəraət verilib.

Bildirilir ki, keçmiş Sovet İttifaqında 1937-1953-cü illər arasında Özbəkistanda rejim əleyhinə olduqları üçün təxminən 100 min insan müxtəlif cəzalara məhkum edilmiş, 13 min nəfər güllələnmişdir.

QAZİLER.AZ

mənbə: AA, TRTHaber

Diaspora