Bu gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu getdiyi Sultanqazi rayonunda yaşayan sakinlərlə bir-bir görüşüb.
Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, nazir girdiyi mağazada satıcı işləyən qadınla səsindən istifadə etməsi üçün söhbət edib. Nazirin qadınla söhbəti kameralara yansıyıb:
“Terrorla mübarizə aparırıqmı? Cavablarını veririkmi? Bəs məğlub olsaq, onların qarşısında pis vəziyyətə düşmərikmi? Bu gün Türkiyədə başıbağlılar vəzifələrdə çalışır. Əgər Ərdoğana dəstək verməsək, qarşı tərəfdəkilər “bax nə qədər elədin, amma heç bir işə yaramadı” deməzlərmi? Biz sənin verəcəyin səsə talibik. Biz vəzifə borcumuzu yerinə yetiririk, amma digərlərinin elə bir dərdi yoxdur. Sadəcə özün üçün deyil, başqa insanlar üçün də bunları düşün”, - deyən Süleyman Soylu daha bir seçicini razılığa gətirərək səsini qazanmış olub.
QAZİLER.AZ