Kahramanmaraşda mərhum dostları üçün dua edəndə 57 min dollar tapdılar - VİDEO

Kahramanmaraşda mərhum dostları üçün dua edəndə 57 min dollar tapdılar - VİDEO backend

Kahramanmaraşda zəlzələ zamanı 3 uşağı ilə birlikdə dağıntılar altında qalaraq həlak olan dostuna dua etmək üçün onun yaşadığı binanın dağıntıları yanına gələn iki nəfər içində 57 min 805 dollar olan çanta tapıblar.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, dostlar dərhal polis bölməsinə gedərək tapdıqları çantanı təslim ediblər.

Zəlzələlərdə Onikisubat mahalında yaşayan Quran kursu müəllimi Mahmud Samir Dəmir və 3 uşağı həyatını itirib.

Fəlakətdən 73 gün sonra Dəmirin 15 illik dostları üçün dua etmək üçün onun evinin dağıntıları yanına gəliblər.

Vilayət xaricində olduqları üçün dəfn mərasiminə qatıla bilməyən Mehmet Gün və Taha Hannan burada dua ediblər..

Bu əsnada dağıntılar arasındakı çantadakı pulu görən Gün və Hannan çantanı polis bölməsinə apararaq polis  təhvil veriblər.

Tapılan pulun 57 min 805 dollar olduğu bildirilib.

QAZİLER.AZ

 

Diaspora