Kamal Kılıçdaroğlunun HDP ilə əməkdaşlıq edərək Suriyada terror dövlətinin qurulmasına rəhbərlik etmək istədiyini bildirən Türkiyənin daxili işlər naziri Süleyman Soylu: "İraq və Suriyadakı əməliyyatları sonlandıracağıq" - deyib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Süleyman Soylu: "PKK-nı dağıntılar halına gətirmişik, o dağıntıları CHP-yə daşıtdırmaq istəyirlər”, - söyləyib.
HDP-nin Kılıçdaroğlunu dəstəklədiyini xatırladan Soylu: “HDP-dən prezidentliyə namizəd varmı? Onlar özlərini partiya kimi ortaya qoyublarmı? Bəs o, kimi dəstəkləyir? Bunu anlayan uşaq da, ən böyük də bilir. HDP tərəfdarları “Əsrlik Cümhuriyyətin kitabını yazacağıq” deyirlər. PKK-nı dağıntılar halına gətirdik, onlar o dağıntını CHP-yə aparmaq istəyirlər”, - deyib.
QAZİLER.AZ