Reznikov "Patriot" sistemlərinin Ukraynaya gəldiyini təsdiqləyib

Reznikov "Patriot" sistemlərinin Ukraynaya gəldiyini təsdiqləyib backend

"Patriot" hava hücumundan müdafiə sistemləri nəhayət Ukraynaya çatdı, beləliklə səmanı rus işğalçılarından qorumaq daha effektiv olacaq.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov Tvitter hesabında  xəbər verib.

"Bu gün gözəl Ukrayna səmamız daha təhlükəsiz olur, çünki "Patriot" hava hücumundan müdafiə sistemləri Ukraynaya gəlib", - o, yazıb.

Nazir qeyd edib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri sözügedən sistemləri tez bir zamanda mənimsəyiblər, ölkənin tərəfdaşları isə sözlərinin üstündə durublar.

QAZİLER.AZ

Diaspora