40 yaşlı tanışını boynuna karandaşla zərbə endirərək öldürən Çuvaşiya sakini 11 il azadlıqdan məhrum edilib.
Qaziler.az rusiya mətbuatına istinadən bildirir ki, Çuvaşiyada 36 yaşlı yerli sakin yataqxanada mübahisə zamanı 40 yaşlı tanışını qətlə yetirməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Rusiyalı öz əməlini etiraf edib. O, cəzasını xüsusi rejimli koloniyada çəkəcək.
İstintaqın məlumatına görə, sərxoş müttəhim zərərçəkmişin otağında olarkən mübahisə zamanı onun boyun nahiyəsinə karandaşla iki dəfə zərbə endirib.
“Zərbələrdən biri onun damarını zədələyib, nəticədə zərərçəkmiş qısa müddətdən sonra hadisə yerində dünyasını dəyişib”, - deyə bildirilib.
QAZİLER.AZ