Ukraynaya piyada gedən rusiyalı həbs edildi

Ukraynaya piyada gedən rusiyalı həbs edildi backend

Rusiyanın Bryansk şəhərində məhkəmə Ukrayna Silahlı Qüvvələrində döyüşməyə gedən Novoşaxtinsk sakinini haqqında mayın 14-ə qədər həbs qərarı verib.

Qaziler.az  bildirir ki, Bryanskın Sovet Rayon Məhkəməsi Ukrayna Silahlı Qüvvələrinə  qoşulmaq üçün dövlət sərhədini keçməyə cəhd edən 23 yaşlı Novoşaxtinsk sakinini həbs edib. Bu barədə Lente.ru-ya Bryansk vilayətinin ümumi yurisdiksiya məhkəmələrinin birgə mətbuat xidmətindən məlumat verilib.

FTX-nin Bryansk vilayətindəki sərhəd idarəsinin istintaq orqanının tələbi ilə onun haqqında mayın 14-dək həbs qətimkan tədbiri seçilib. Həmin şəxs Rusiya sərhədini qanunsuz keçməyə cəhddə şübhəli bilinir.

İstintaqın məlumatına görə, rusiyalı aprelin 14-də Starodubski rayonunun keçid məntəqələrindən yan keçərək piyada Ukrayna ərazisinə getməyə cəhd edib, lakin sərhəd naryadı tərəfindən saxlanılıb.

Həmin şəxsin Ukrayna Silahlı Qüvvələrinə qoşulub Rusiyaya qarşı döyüşmək niyyətində olduğu bildirilir.

QAZİLER.AZ