Ukrayna sərhədçiləri Baxmutda rus işğalçılarının üç hücumunu dəf ediblər. Döyüşçülər qumbaraatan və atıcı silahlarla işğalçıları susdurublar.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin Teleqramına istinadən xəbər verir.
"Düşmənin taktikası sadə idi: düşmən artilleriyası şəhər ərazisini yerlə-yeksan edir, "yanan ərazi" ilə piyada qoşunları daha da irəliləyir. aramsız hücuma baxmayaraq əsgərlərimiz qumbaraatan və atıcı silahlarla işğalçıları zərərsizləşdirib", - məlumatda deyilir.
Dövlət Sərhəd Xidmətindən bildirilib ki, düşmən geri çəkilib, onun itkiləri dəqiqləşdirilir.
QAZİLER.AZ