İsveçrənin Bazel Universitetində aparılan bir araşdırma göstərdi ki, yaşıl çay ekstraktı koqnitiv funksiyanı, xüsusən də iş yaddaşını yaxşılaşdıra bilir.
Əldə edilən məlumatlar göstərir ki, bu içki psixiatrik pozğunluqların, məsələn demensiya kimi xəstəliyin müalicəsində istifadə olunarsa effektiv təsir göstərir.
Əvvəlki təcrübələr artıq yaşıl çayın koqnitiv funksiyalara müsbət təsirini aşkar edib, lakin sinir mexanizmləri naməlum olaraq qalıb.
Yeni bir araşdırmada iştirakçılar yaşıl çay içdikdən sonra yaddaşla bağlı tapşırıqların öhdəsindən daha yaxşı gəliblər. Bazel Universitetinin tədqiqatçılar qrupu kompüter skanerindən istifadə edərək müəyyən ediblər ki, yaşıl çay ekstraktı onun qısamüddətli sinaptik plastikliyini artırmaqla beynin keçidinin effektivliyini artırır, yəni beynin müxtəlif sahələrinin bir-biri ilə əlaqəsini gücləndirir. Nəticədə yadda saxlamaq qabiliyyəti artır.
QAZİLER.AZ