Suriyanın şimalında intiqam bombardmanı: 10 terrorçu məhv edildi - VİDEO

Suriyanın şimalında intiqam bombardmanı:  10 terrorçu məhv edildi - VİDEO backend

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar terror təşkilatı PKK-nın Suriyanın şimalında 4 əsgərin yaralandığı hücumun ikiqat qisasının alındığını, 10 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, terror təşkilatı PKK Suriyanın şimalında "Zeytun Budağı" və "Fərat Qalxanı" bölgələrinə hücum etmiş, hücum nəticəsində 4 türk əsgəri yaralanmışdı.

Milli Müdafiə naziri Hulusi Akar hücumlarla bağlı ictimaiyyətə məlumat verib.

Qardaş ölkənin müdafiə naziri bu hücumun əvəzinin türk hərbçiləri tərəfindən çıxıldığını və 10 terrorçunun məhv edildiyini bildirib.

QAZİLER.AZ

 

Diaspora