Polşada bıçaqlı şəxs üç ukraynalı qadına hücum edib: onlardan biri ölüb

Polşada bıçaqlı şəxs üç ukraynalı qadına hücum edib:  onlardan biri ölüb backend

Polşanın Leqnitsa şəhərində aprelin 16-na keçən gecə naməlum şəxs üç ukraynalı qadına bıçaqla hücum edib, nəticədə onlardan biri ölüb.

Qaziler.az bildirir ki, bu barədə  Polşanın LCA nəşri xəbər verir.

Müəyyən edilib ki, həmin şəxs, böyük ehtimalla, binaya quldurluq məqsədi ilə daxil olub. Çox güman ki, o, bıçaqla ölümcül yaraladığı 37 yaşlı qadın tərəfindən aşkar edilib. Cinayətkar qadına döş qəfəsindən və boynundan bıçaq zərbələri endirib. Hücum edən şəxs daha sonra anasının qışqırığından sonra oyanan 14 yaşlı qızı yaralayıb. Qız da döş qəfəsindən bir neçə yara ilə xəstəxanaya aparılıb. Həmin binada cinayətkar tərəfindən biçaqlanan daha bir qadın da olub.

Qurbanların hər üçü ukraynalıdır. Onlar həmin evdə daha beş Ukrayna vətəndaşı ilə yaşayırdılar.

Polis hücum edən şəxsi evin yaxınlığında, kolların arasında tapıb. Axtarış zamanı onun üzərindən qanlı bıçaq aşkar edilib. O, saxlanılıb, Həmin şəxsin 36 yaşlı Leqnitsa sakini olduğu məlum olub.

QAZİLER.AZ

Diaspora