Aprelin 14-də Rusiya hərbçiləri Donetsk vilayətində Slovyansk şəhərinin yaşayış məntəqələrini atəşə tutub. Düşmən hücumu nəticəsində bir nəfər həlak olub.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Donetsk hərbi administrasiyasının rəhbəri Pavel Kirilenkonun bəyanatına istinadən xəbər verir.
"Rusiya işğalçı qüvvələrinin Slavyanska endirdiyi zərbə zamanı bir nəfər ölüb, azı 5 nəfər yaralanıb", - məlumatda deyilir.
Qeyd olunur ki, ruslar şəhərin yaşayış massivlərinə eyni anda bir neçə zərbə endirib, hündürmərtəbəli binaları dağıdıb, məktəbə ziyan vurublar.
"Evlərdən birinin dağıntıları altında insanlar var, o cümlədən bir uşaq. Xilasetmə əməliyyatı davam edir", - deyə rayon rəhbəri əlavə edib.
Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak altı xəsarət alanın olduğunu yazıb.
QAZİLER.AZ