İstanbulun Pendik rayonunda seçki anketi zamanı qürbətçi ailə ilə pendiklilər arasında dava olub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ensonhaber İstanbulun Pendik rayonunda vətəndaşlararasında seçkilərdə hansı namizədə üstünlük verəcəkləri ilə bağlı sorğu keçirib.
Vətəndaşların əhəmiyyətli bir hissəsi yenidən prezidentliyə namizəd və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğanın lehinə fikirlərini bildirib.
Sorğu zamanı qürbətçi bir ailə prezident Ərdoğanı tərifləyərkən, müxalifət vətəndaşlarından da əks fikirlər gəlib.
İki qrup arasında başlayan söz atışması getdikcə qızğın mübahisəyə çevrilib.
QAZİLER.AZ videonu təqdim edir: