Müdafiəçilər ciddi hərbi sursat problemi ilə üzləşirlər.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir, vaqnerçilər və nizami Rusiya ordusunin Hava-desant qüvvələri Donetsk vilayətinin Baxmut şəhərinə hücumu gücləndiriblər. Britaniya Müdafiə Nazirliyinin hesabatına görə, Ukraynalı hərbçilər şəhərin qərb hissəsini saxlamaqda davam edirlər.
Londondan bildirilir ki, “vaqnerçilər” şəhərin mərkəzində irəliləməyə davam edir, hava-desant qüvvələri isə şimal və cənub cinahlarda əməliyyatları təmin edir.
"Ukrayna qüvvələri ciddi təchizat problemi ilə üzləşir, lakin mütəşəkkil şəkildə çıxmağa məcbur olduqları mövqelərdən geri çəkilir", - Böyük Britaniya Müdafiə Nazirliyi bildirib.
QAZİLER.AZ