Yüksək səsli musiqiyə görə qonşusuna qumbara atdı

Yüksək səsli musiqiyə görə qonşusuna qumbara atdı backend

Rusiyalı yüksək səsli musiqiyə görə qonşusuna qumbara atıb.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Rusiyanın Tümen vilayətində özəl mühafizə şirkətinin keçmiş işçisi yüksək səsli musiqiyə görə qonşusuna qumbara atıb.

Tümen vilayətinin Qolışmanovo kəndində özəl mühafizə şirkətinin 57 yaşlı keçmiş işçisi səs-küyə görə 33 yaşlı qonşusuna qumbara atıb.

Bu barədə  aprelin 13-də SHOT Telegram kanalı məlumat yayıb.

Sərxoş vəziyyətdə olan kişi axşam saatlarında da eyni zamanda spirtli içki qəbul edən və yüksək səslə musiqi dinləyən qonşusunu "cəzalandırmaq" qərarına gəlib. Keçmiş mühafizəçi qumbaranı götürərək zərərçəkənə tərəf atıb. Nəticədə o, çanaq və bud nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

QAZİLER.AZ

Diaspora