Zelenski hərbi kabinet topladı

Zelenski hərbi kabinet topladı backend

Ukrayna Prezidenti Vladimir Zelenski müdafiə sektorunun rəhbərləri, komandirlər, kəşfiyyat və Prezident Aparatının rəhbərləri ilə xüsusi iş formatı keçirib.

Qaziler.az bildirir ki, o, bu barədə özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, hazırda Ukrayna hərbçiləri təlim keçir. Bundan əlavə, Ukrayna tərəfdaşlarından vəd etdikləri silahların çatdırılmasını gözləyir.

“Düşmən ukraynalılara vurduğu hər zərbəyə cavab olaraq, şübhəsiz ki, itki verəcək.

İndi Ukrayna uğrunda döyüşənlərin hamısına eşq olsun! Müdafiəmiz və qələbəmiz üçün çalışan hər kəsə təşəkkür edirəm”, - deyə Zelenski bildirib.

QAZİLER.AZ

Diaspora