İtaliyalı qadın voleybolçunun İstanbulda sirli ölümü

İtaliyalı qadın voleybolçunun İstanbulda sirli ölümü backend

Türkiyənin Üsküdar rayonunda  qaldığı otelin 6-cı mərtəbəsindən yıxılan İtaliya voleybol komandasının futbolçusu Julia Ituma həyatını itirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, əldə edilən məlumata görə, İtaliyanın voleybol komandası İqor Qorqonzola Novaranın oyunçusu 19 yaşlı Julia Ituma Seyit Ahmet Deresi küçəsindəki otelin 6-cı mərtəbəsindən naməlum səbəbdən yıxılıb.

Xəbəri alan kimi hadisə yerinə polis və tibb qrupları sövq edilib. Həkim qrupları apardıqları müayinə zamanı İtumanın öldüyünü müəyyən ediblər.

İtumanın qaldığı otağa otel işçisinin müşayiəti ilə daxil olan polis qrupları yatmış komanda yoldaşı Qomesi oyadıraraq vəziyyəti xəbər verib.

Qomezin Julia Ituma ilə sonuncu dəfə yerli vaxtla saat 01:30 radələrində danışdığını və sonra yuxuya getdiyini deyib.

İtumanın digər komanda yoldaşları və komanda məşqçisi ilə görüşdə hər hansı problemi olub-olmadığını bilmədiklərini bildirib. 

QAZİLER.AZ

Diaspora