Bu seçkini Allahın izni ilə qazanacağıq - Süleyman Soylu

Bu seçkini Allahın izni ilə qazanacağıq -  Süleyman Soylu backend

Türkiyənin daxili işlər naziri Süleyman Soylu 14 May seçkilərində bu millətin birlikdə qərar verəcəyini ifadə edərək: "Millətimiz indiyə qədər edilənləri 14 Mayda seçki sandığı başında əks etdirəcək" - deyib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bunu AK Partiya Sarıyer rayon təşkilatında partiya üzvləri ilə görüşən nazir Süleyman Soylu öz çıxışında deyib.

Seçkilərə az vaxt qaldığını, Türkiyəni macəraya, başqalarının monopoliyasına salmaq istəyənlərə imkan verməməli, çox çalışmalı olduqlarını bildirən Soylu çıxışını belə yekunlaşdırıb:

"Allahın izni ilə bu seçkidə qalib gələcəyik. Bu təşkilatın üzvləri hər seçkidə olduğu kimi anlayış nümayiş etdirsələr, dəyişən iqtidar yox, müxalifət olacaq. İqtidarı qazanmağı bir yana qoyaq, müxalifətə də layiq olmayan bir vəziyyətlə üzləşmişik. Millətimiz nə lazımdırsa edəcək".

QAZİLER.AZ

Diaspora