Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Daştəpə kəndində polislə vətəndaşlar arasında insident baş verib.
APA xəbər verir ki, hadisə polisin “Opel” markalı avtomobilə “saxla” əmri verməsindən sonra baş verib. Məlumata görə, avtomobilin sürücüsü sürəti artıraraq ərazidən qaçmağa çalışıb, lakin nəqliyyat vasitəsinin idarəetməsini itirərək Daştəpə kəndindəki körpüdən maşını aşırıb.
Şahidlərin sözlərinə görə, avtomobildə olan 3 nəfər və bəzi kənd sakinləri hadisə yerinə gələn polis patrulu maşınını daşlamağa başlayıb.
Nəticədə polis avtomobilinə ziyan dəyib. Daha sonra isə polisi müdafiə edən sakinlərlə əks tərəf arasında qarşıdurma baş verib.
Avtomobilin sürücüsünün sərxoş olduğu bildirilib.