Dağıstanda “Hepatit A” həyəcanı - Cinayət işi başlandı

Dağıstanda “Hepatit A” həyəcanı - Cinayət işi başlandı backend

Qaziler.az saytı APA-ya istinadən xəbər verir ki, qonşu Dağıstanda “Hepatit A” xəstəliyinin kütləvi şəkildə yayılması ilə bağlı cinayət işi başlanıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə “TASS” agentliyinə Dağıstan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

“Cinayət işi “İnsanların kütləvi şəkildə xəstələnməsi və ya zəhərlənməsi ilə nəticələnən ehtiyatsızlıq səbəbindən sanitar-epidemioloji qaydalın pozulması” maddəsi üzrə başlanıb”, deyə qurumdan bildirilib.

İstintaqın versiyasına əsasən, fevralın 2-dən 10-dək Dərbənd və Daqestanskiye Oqni şəhərlərinin tibb müəssisələrinə əksəriyyəti uşaq olmaqla 79 sakin müraciət edib. Müraciət etmiş sakinlərin hamısında “Hepatit A” virusu aşkarlanıb.

Sakinlərin zəhərlənməsinə səbəb evlərə su boru xətləri vasitəsi ilə verilən çirkli su olub. Hazırda istintaq davam edir, hadisədə təqsiri olan vəzifəli şəxslər müəyyənləşdirilir.
Diaspora