Türkiyənin Antalya şəhərində 3 mərtəbəli binanın sonuncu mərtəbəsində baş verən yanğın təşvişə səbəb olub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, binanın qarşısında işləyən və yanğını görən Suriya əsilli Malik Əbdüləziz ailəyə kömək etməyə tələsərək 5 uşağı xilas edib.
Evində uşaqları və qohumları olan Soyüşel böyük həyəcan yaşayıb.
Hadisə yerinə çox sayda yanğınsöndürən göndərilib.
Bu zaman binanın qarşısındakı maşından materialları boşaldan Suriya əsilli Malik Əbdüləziz yanğın baş verən mənzilə doğru qaçıb.
Əbdüləziz binaya girərək uşaqları evdən çıxararaq qarşıdakı bağçaya aparıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.
Malik Əbdüləziz, “Küçənin qarşı tərəfində tikinti üçün materialları boşaldırdım. Evdən tüstü çıxdığını gördüm, dərhal yanğınsöndürənlərə zəng etdim. Binaya getdim, evdə uşaqlar var idi. Dərhal 5 uşağı aşağı endirdim. Mən də çox qorxdum”.
Yanğının baş vermə səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.
QAZİLER.AZ