Misirin xarici işlər naziri Türkiyəyə gəlir

Misirin xarici işlər naziri Türkiyəyə gəlir backend

Misirin xarici işlər naziri Semih Şükri Türkiyəyə gəlir.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Misirin xarici işlər naziri Semih Şükri xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə aprelin 13-də Türkiyəyə rəsmi səfər edəcək.

Türkiyə və Misir 11 illik fasilədən sonra ilk normallaşma addımlarını atıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu ötən ay misirli həmkarı Semih Şükrinin dəvəti ilə Misirə gedib.

Belə ki, nazir Çavuşoğlu 11 ildən sonra Türkiyədən Misirə səfər edən ilk xarici işlər naziri olub.

Çavuşoğlu burada verdiyi açıqlamada Şükrini Ramazan ayında Türkiyəyə dəvət etdiyini bildirib.

Baş verənlərdən sonra Şükri Çavuşoğlunun dəvəti ilə Türkiyəyə gəlir...

Nazirlikdən verilən yazılı açıqlamaya görə, Şükrinin Türkiyəyə səfəri çərçivəsində ikitərəfli əlaqələr və regional inkişaflar müzakirə olunacaq.

QAZİLER.AZ

Diaspora