Rusiya hərbçiləri Nikopolda yaşayış binalarını atəşə tutub: yaralılar var

Rusiya hərbçiləri Nikopolda yaşayış binalarını atəşə tutub: yaralılar var backend

Aprelin 12-də Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Nikopol şəhərində yaşayış binalarına hücum ediblər. Dörd nəfər xəsarət alıb, onlardan ikisi dağıntılar altından çıxarılmalı olub.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Dnepropetrovsk hərbi administrasiyasının rəhbəri Sergey Lısakın Teleqramına istinadən xəbər verir.

"Rusiya ordusu Nikopolda yaşayış binalarına zərbələr endirib. Xilasedicilər dağıntılar altından 72 yaşlı kişi və qadını çıxarıblar. Onlar xəstəxanaya yerləşdirilib", - o deyib.

Bundan başqa, onun sözlərinə görə, daha iki zərərçəkmiş, 87 yaşlı kişi və 74 yaşlı qadın evdə müalicə olunacaq.

QAZİLER.AZ

Diaspora