Medvedçukun arvadı axtarışa verildi

Medvedçukun arvadı axtarışa verildi backend

Ukrayna Təhlükəsizlik Xidməti Radanın keşmiş deputatı Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkonu axtarışa verib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukraynanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yazır.

Ukraynanın müxalif siyasətçisi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko Ukraynada axtarışa verilib. Bu barədə çərşənbə axşamı, aprelin 11-də Ukraynanın Strana.ua nəşri Telegram kanalında məlumat yayıb.

Ukrayna Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, Marçenko martın 24-də yoxa çıxıb. Nəşrin məlumatına görə, o, “konstitusiya quruluşunu devirmək və ya dövlət hakimiyyətini ələ keçirmək məqsədi ilə həyata keçirilən aksiyaları maliyyələşdirməkdə” ittiham olunur. Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məhkəmənin Lvov vilayətində Marçenkoya məxsus iki torpaq sahəsinə həbs qoyulması barədə məlumat yayıb.

QAZİLER.AZ

 

Diaspora