Alina Maleşko-Qaburiç təxminən 11 ay qaldığı rus əsirliyindən azad edilib.
Qaziler.az Ukaryna mətbuatına istinadən bildirir ki, onun 6 yaşlı oğlu bu barədə Rusiya prezidenti Putindən xahiş etmişdi.
bildirilir ki, Rusiya əsirliyində olan qadın aprelin 10-da böyük əsir mübadiləsi zamanı azad edilib. O, 2022-ci ilin mayında Mariupolda işğalçıların əlinə keçmişdi.
6 yaşlı Yeqorun valideynləri Vadim və Alina oğlunu fevralın 22-də doğum günü Çerkasskayaya nənə və babasının yanına aparıblar. Özləri Mariupola qayıdıblar, iki gün sonra müharibə başlayıb. Uşaq baş verənləri nənəsindən öyrənib
Yeqorun atası Vadim 23 aprel 2022-ci ildə hava bombardmanı zamanı vurulub. O, əməliyyat olunsa da üç gün sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Ərinin ölümündən sonra Alina Azovstalda Mariupolu müdafiəsinə qatılıb. Lakin 2022-ci il mayın 19-da qadın əsir düşüb.
Bundan sonra Alina ailəsi ilə yalnız bir dəfə - iyulun 7-də əlaqə saxlaya bilib. Həmin gün qadın atasına zəng edərək oğlunun necə olduğunu soruşub.
QAZİLER.AZ