Türkiyənin İzmir şəhərində kişi ayrılıq mərhələsində olan arvadını dayısının iş yerinə apararaq bıçaqlayaraq öldürüb. Şübhəlinin qətldən sonra əyləncə məkanına gedərək əyləndiyi öyrənilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ötən gecə 31 yaşlı İ.K. ayrılmaq mərhələsində olan həyat yoldaşı 19 yaşlı Zəhra Kalmazı söhbət etmək üçün ölkə xaricində olan əmisinin iş yerinə çağırıb.
Zehra Kalmaz və İ.K. aralarındakı mübahisə davaya çevrildikdən sonra İ.K yanındakı bıçaqla Zəhra Kalmaza xəsarət yetirərək hadisə yerindən qaçıb.
Səhər saatlarında İ.K., Karşıyaka Polis İdarəsinə gedərək həyat yoldaşını öldürdüyünü etiraf edib.
Polisə verdiyi ifadəsində qətl şübhəlisinin arvadını bıçaqlayaraq öldürdüyünü, daha sonra əyləncə məkanına gedərək əyləndiyini, səhəri gün polis bölməsinə gələrək cinayəti etiraf etdiyi öyrənilib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
QAZİLER.AZ