İbrahim Tatlısəsin Ərdoğanla bağlı paylaşımı

İbrahim Tatlısəsin Ərdoğanla bağlı paylaşımı backend

5 dəfə müraciət etdiyi AK Partiyanın millət vəkili namizədi siyahısında yer ala bilməyən məşhur sənətçi İbrahim Tatlısəs sosial şəbəkədə prezident Ərdoğanla fotosunu paylaşaraq şərh verib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 5-ci dəfə məyusluq yaşayan Tatlısəsə sosial şəbəkədə izləyiciləri tərəfindən şərhlər yağdırılıb.

Sosial media istifadəçilərinin: "Neçə dəfə müraciət edəcəksiniz? Bəsdir" şərhlərinə cavab verən Tatlısəs prezident Ərdoğanla fotosunu paylaşaraq bu qeydi yazıb:

"Biz bu tablonun aşığıyıq başka bir şey məni maraqlandırmır. Mən millət vəkili olmuşum, olmamışım, problem deyil. Mənim hər zaman cənab dövlət başçımızın yanında bir yerim vardır. Bu da belə bilinə".

QAZİLER.AZ

Diaspora