Hulusi Akardan "TCG Anadolu" açıqlaması: "Cin şüşədən çıxdı" - VİDEO

 Hulusi Akardan "TCG Anadolu" açıqlaması:  "Cin şüşədən çıxdı" - VİDEO backend

Xəbər verdiyimiz kimi, dünyanın ilk hərbi PUA gəmisi, eyni zamanda da Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, qardaş ölkənin müdafiə naziri Hlusi Akar bununla bağlı açıqlama verib.

Milli Müdafiə naziri Hulusi Akar, prezident Ərdoğanın da qatıldığı TCG Anadolu gəmisinin istismara verilməsi mərasimində Türkiyə Silahlı Qüvvələrinin təsirli, çəkindirici keyfiyyətlərini artırmaq üçün müdafiə sənayesi layihələrini əzm və qətiyyətlə davam etdirdiklərini bildirib.

"Onlar çatlasa da, partlasa da, ümid edirəm ki, biz təyyarəmizi, tankımızı da hazırlayacaq və "Qızıl Alma"nı da  uçuracağıq. İndi cin şüşədən çıxıb. Beləliklə, Türkiyə Silahlı Qüvvələri yüksək texnologiyanın dünyada yalnız bir neçə ordusunun əldə edə biləcəyi əməliyyat üstünlüyünə malikdir", - deyə Hulusi Akar deyib.

QAZİLER.AZ

Diaspora