Aprelin 10-da Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna və Rusiya arasında daha bir hərbi əsir mübadiləsini elan edib. Moskva 106 hərbçisini geri qaytarıb.
Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
“Aprelin 10-da danışıqlar prosesi nəticəsində əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 106 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb”, - deyə Rusiya mətbuatı bildirib.
Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, aprelin 3-də Ukraynanın on müdafiəçisi və iki mülki şəxs Rusiya əsirliyindən vətənlərinə qaytarılıb.
QAZİLER,AZ