Avstriyalı gənc islamı qəbul edib

Avstriyalı gənc islamı qəbul edib backend

Avstriyalı 21 yaşlı Monuel Titton  türk dostunun dəvəti ilə gəldiyi Ədirnənin İpsala rayonunda bir müddət qaldıqdan sonra İslamı qəbul edib və Yusuf Evren adını alıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Avstriya vətəndaşı Monuel Titton dostu Erkan Düzün dəvəti ilə İpsala rayonunun İbriktəpə kəndinə gəlib.

Burada bir müddət qalan və dostundan çox təsirlənən Titton müsəlman olmaq istədiyini bildirərək İpsala rayon Müftiliyinə müraciət edib. Titton, rayon müftisi Əhməd Bayraktarın qatıldığı dini qəbul mərasimi ilə Yusuf Evren adını alaraq müsəlman olub. Bayraktar Evreni təbrik edib və ona dini şəhadətnamə verib. İslam dininin təməl prinsipləri haqqında məlumatlandırılan Yusuf Evrenə Diyanət İşləri Başçılığının nəşrləri təqdim edilib.

İslamı seçdiyi üçün xoşbəxt olduğunu deyən Yusuf Evren müsəlman olmağı səmimiyyətlə istədiyini, həyəcanlı və xoşbəxt olduğunu bildirib.

QAZİLER.AZ

Diaspora