Ən ağır döyüşlər bu istiqamətdə gedir - Ukrayna Baş Qərargahı

Ən ağır döyüşlər bu istiqamətdə gedir - Ukrayna Baş Qərargahı backend

Ukrayna Silahlı Qüvvələri Rusiyanın bir hücum təyyarəsini və sursat anbarını məhv edib.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, Aviasiya Qüvvələri işğalçıların cəmləşdiyi ərazilərə 9 zərbə endirib. Bundan əlavə, Marinka yaxınlığında Rusiyanın Su-25 hücum təyyarəsi məhv edilib. Bu barədə cümə günü axşam Baş Qərargah məlumat yayıb.

Raket və artilleriya bölmələri də öz növbəsində düşmənin sursat anbarını darmadağın edib.

Baş Qərargahdan verilən məlumata görə, Baxmutda döyüşlər davam edir. Ukrayna Silahlı Qüvvələri Limanski, Baxmutski, Avdeyevski və Maryinski istiqamətlərində 40-dan çox hücumu dəf edib. Boqdanovka və İvanovski rayonlarında düşmənin 14 hücumu dəf edilib. Cəbhənin göstərilən sektorunda ən şiddətli döyüşlər 10-dan çox düşmən hücumunun dəf edildiyi Marinkadan kənarda davam edir.

QAZİLER.AZ

Diaspora